Sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. Bu barədə Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddədti isə 50 dəqiqə azaldılıb.
Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23-15-də (20-40 əvəzində) yola düşəcəkdir. Tbilisiyə qatar saat 10-35-də (8-55 əvəzində) çatacaq Tbilisidən saat 20-35-də yola düşərkən Bakıya saat 7-30-da (8-52 əvəzində) çatacaqdır. Sərnişinlərin sərhəd-nəzarət məntəqəsində erkən saatlarında yoxlamaların aparılmaması yeni hərəkət qrafikində nəzərə alınıb.
Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni hərəkət cədvəlində 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcəkdir. Qatar Bakıdan saat 23-55-də (23-00 əvəzində) yola düşəcəkdir. Böyük Kəsik stansiyasına qatar saat 8-55-də (8-50 əvəzində) çatacaqdır. Böyük Kəsik stansiyasından saat 21-40-da (20-20 əvəzində) yola düşərkən Bakıya saat 6-25-də-da (6-30 əvəzində) çatacaq.
Yeni hərəkət cədvəlində Rusiya Dəmir Yollarına məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcəkdir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












