Sərnişinlər Gəncədəki 7 nömrəli marşrutun fəaliyyətindən narazılıq edirlər - VİDEO

Sərnişinlər Gəncə şəhərində yeni istismara verilmiş "Baku Bus" MMC-nin avtobuslarının fəaliyyətindən narazılıq edirlər.
Avtosfer.az Xəzər Xəbər-ə istinadla xəbər verir ki, Göygöl rayonunun Yeni Qızılca kəndi Gəncənin yaxınlığında yerləşdiyindən burada yaşayanların böyük əksəriyyəti gündəlik olaraq müxtəlif işlərlə bağlı bu şəhərə gedib-gəlir.
Ancaq hazırda sakinlərə xidmət göstərən avtobusların fəaliyyəti onları qane etmir. Sakinlər deyirlər ki, bu avtobuslar həm köhnədir, həm də axşam saatlarında işi tez dayandırır. Bu isə onlara çətinliklər yaradır.
Yeni Qızılca sakinləri deyirlər ki, Gəncə şəhərində yeni istismara verilmiş "Baku Bus" MMC-nin avtobusları kəndin yaxınlığınadək gəlir. Bu marşrut xəttini iki kilometr uzatmaqla məsələ həll edilə bilər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, 7 nömrəli marşrut Gəncədə şəhərdaxili olduğundan onun hərəkət sxeminin qeyd edilən istiqamətdə dəyişdirilməsi məqsədəuyğun hesab edilmir. Hazırda Yalıqışlaq - Gəncə müntəzəm avtobus marşrutu mövcuddur ki, xətt üzrə sərnişinlərə müasir və komfortlu avtobuslarla xidmət göstərilir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












