Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq

“Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, avqustun 15-dən Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq: “Proses 10-11 ay davam edəcək. “Nizami” - “28 May” stansiyaları arasında sərnişinlərin daşınması üçün ekspres avtobuslar isə ödənişli olacaq”, - o əlavə edib.
B.Məmmədov hələ ki gedişhaqqı qiymətlərinin müəyyənləşdirilmədiyini bildirib.
O həmçinin qeyd edib ki, noyabr ayından etibarən “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə olacaq. Bunun üçün “İçərişəhər” stansiyasında gücləndirmə tədbirləri görülüb, əlavə maşinistlər cəlb olunub və qatarların stansiyanı daha operativ tərk etməsi təmin olunacaq. “Dərnəgül”–“Nizami” istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edəcək.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












