Sərnişinlərin həyatı ilə “oynayan” avtobus sürücüləri yenidən “fəallaşıb” - FOTO

"Avtobus sürücülərinin qaydaları bu cür rahatlıqla pozmasının əsas səbəblərindən birincisi bəzi sahibkarların kimlərinsə himayəsində olmasıdır"
Bakıda ictimai nəqliyyatın əsas hissəsini təşkil edən müntəzəm marşrut avtobusları ilə bağlı şikayətlər uzun illərdir ki, mövcuddur. Cəmiyyətdə “avtobus sürücüləri necə gəldi sürür”, “yol polisi avtobus sürücülərini cərimələmir” kimi fikirlər olub və indi də var.
Bir müddət öncə Bakı Nəqliyyat Agentliyinin fəaliyyətə başlamasıyla bu sahədə bəzi dəyişikliklər oldu. “BakuBus” MMC-yə məsxus avtobusların xəttə buraxılması, eyni zamanda daşıyıcı şirkətlərin yenilənməsi qanun pozuntularını qismən azaltdı.
Mediapost.az bildirir ki, son bir neçə ayda avtobus sürücüləri yenidən “fəallaşıb”. Hətta “BakuBus” MMC-yə məxsus avtobusların sürücüləri belə, qayda pozmaqdan çəkinmir.

Qırımızı işıqda keçən “BakuBus” MMC-yə məxsus avtobus
İşıqforun qadağanedici nişanının tələbləri pozulur, dayanacaqdan kənarda sərnişin düşürmə halları baş verir. Həmçinin bir neçə dəfə qəza hadisələri də olub. BNA tərəfindən yeni daşıyıcı şirkətlərin xidmətə cəlb edilməsi, yeni avtobusların gətirilməsi ilə nəticələndi. Sərnişinlər indi daha rahat və təmiz avtobuslarda, səliqəli geyimli sürücülərin idarəsində mənzil başına çatırlar. Amma elə bu səliqəli geyimli sürücülər, təmiz avtobuslarla insanların həyatını təhlükəyə atır.

“Kral Transport” şirktinə məxsus avtobus qoşa xəttin tələbini pozur
Hələ ki, dəyişməyən xətlər və köhnə avtobuslar isə şəhər küçələrində sözün həqiqi mənasında at oynadır. Xüsusilə əks istiqamətə çıxaraq hərəkət etmək, həmçinin sükan arxasında mobil telefondan istifadə, siqaret çəkmək kimi hallar sərnişinlərin narazılığına səbəb olur. Qrafikə gecikən sürücü sanki şəhərdə F1 yarışlarına hazırlaşırmış kimi avtobus idarə edir. Nəticədə isə ağır yol qəzaları baş verir ki, sərnişinlər həyatını itirir, yaralanırlar.

113 nömrəli marşurut əks idtiqamətdə hərəkət edir
Avtobus qəzaları təəssüflər olsun ki, kütləvi xəsarətlə nəticələnir. Burada marşrut xəttində istismarda olan avtobusun texniki nasaz olması ilə yanaşı əsas faktor sürücülərdir. Bir çox daşıyıcı şirkətlər sürücü qəbul edərkən onu araşdırmır, təcrübəsi ilə maraqlanmır. Həmçinin sürücülər reysqabağı tibbi müayinədən sadəcə formal olaraq keçirilir. Sonda isə qəzada insanların həyatı təhlükə altına düşür.

Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 nömrəli marşurut qəza törədib
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Mediapost.az-a açıqlamasında deyib ki, avtobus sürücülərinin qaydaları bu cür rahatlıqla pozmasının əsas səbəblərindən birincisi, bəzi sahibkarların kimlərinsə himayəsində olmasıdır: "Bəzi daşıyıcı şirkətlər bu cür hallarda müxtəlif vasitələrlə 
problemi həll edirlər. Amma bir sıra şirkətlərdə birbaşa sürücü məsuliyyəti olduğu üçün qaydalara əməl olunur. Ümumi yanaşma budur ki, bəzi avtobus sürücülərinin iş və istirahət rejimi normal deyil. Odur ki, şəhərin sıxlıq yaranan küçələrində əsəb, stres keçirirlər. Eyni zamanda bu avtobuslar kart sisteminə keçməyib və daha çox pul qazanmaq üçün bu addımı atırlar. Çünki bəzi sahibkarlar gündəlik plan qoyurlar ki, bu da sürücünü daha çox işləməyə məcbur edir."
Ekspert "Bakubus" avtobus sürücülərinin son zamanlar qaydaları pozulduğunu deyir:
"Qanunvericilikdə belə bir müddəa var ki, avtobus dayanacağından çıxan marşruta yol verməlidir. Amma gərək sürücü bunu görə bilsin. Təəssüf ki, “yol mənimdir” deyib maşınların üstünə sürürlər. Bu isə sərnişinlərin həyatını təhlükəyə atmaqdır."
Elməddin Muradlı söyləyir ki, avtobus sürücüləri ilə bağlı qaydalar daha da sərtləşdirilsə də, yenə qayda pozurlar: "Hazırda dayanacaqdan kənarda saxlamaq 100 manat və 4 cərimə balıdır. Hətta bu elektron qayda pozuntusu siyahısına salınıb. Amma avtobuslar marşurutu əzbər bilir, harada kamera var, yoxdur asanlıqla müəyyən edirlər. Adətən, onların videoları digər sürücülər tərəfindən qeydə alınır. Yəqin ki, ictimai qınaq nəticə verəcək."
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə Mediapost.az-a bildirib ki, yol polisinin əsas vəzifəsi təhlükəsiz və fasiləsiz hərəkətin təşkilidir: "Təbii ki, qayda pozan sürücülərə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələr tətbiq olunur. Bu, Bakı şəhərində fəaliyyət göstərən marşurut avtobuslarına da aiddir. Hazırda həm xüsusi texniki vasitələrin köməyi ilə, həm də xidmət 
aparan YPX əməkdaşı qayda pozan avtobus sürücüləri barəsində inzibati tənbeh tədbirləri görür."
Şöbə rəisi bildirib ki, inspektor qayda pozuntusu aşkar etdikdə sərnişinləri nəzərə alaraq həmin an avtobusu saxlamır: "Sərnişinlərin rahatlığı mütləq nəzərə alınır. Odur ki, YPX əməkdaşları qayda pozuntusu barəsində həmin marşrut avtobuslarının sonuncu dayanacağında xidmət aparan inspektora məlumat verirlər. Burada həmçinin xüsusi texniki vasitələrin aşkarladığı görüntülər də təqdim olunur və sürücü barəsində inzibati qaydada protokol tərtib edilir."
Vaqif Əsədov sosial şəbəkələrdə avtobus sürücülərinin qayda pozmasını əks etdirən video və foto görüntülər məsələsinə də aydınlıq gətirib. O bildirib ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda yer almış bütün məlumatlar araşdırılır və müvafiq olaraq hüquqi qiymət verilir.
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ










