Şərq-Qərb Nəqliyyat Dəhlizində yükdaşımaların artacağı gözlənilir

“Bu ilin doqquz ayında Şərq-Qərb Nəqliyyat Dəhlizi üzrə daşımaların 37 mln tona yaxın olacağı proqnozlaşdırılır”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.
O vurğulayıb ki, sözügedən dövr ərzində tranzit daşımalarının 7,5 mln ton təşkil edəcəyi gözlənilir: “Türkiyəyə Azərbaycan ərazisindən daşınacaq yüklərin sayının artacağı gözlənilir. Bu da ki, Türkiyənin Türkmənistana ixracının artması ilə bağlıdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Bununla yanaşı, Çindən də Azərbaycana yüklərin artacağı da gözlənilir”.
Xatırladaq ki, bu ilin I yarısında Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 mln ton tranzit yük daşınıb. Şərq-Qərb Nəqliyyat Dəhlizi Orta Koridor adlanır, Çindən Türkiyəyə, eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












