Banner

Şərqin F16-sı: MİQ-29 qırıcılarının texniki parametirləri

Gündəm 30 İyul 2019 23:13 Oxunub 4042
Şərqin F16-sı: MİQ-29 qırıcılarının texniki parametirləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hal-hazırda 1989 ilin MiQ-29-un  maddi dəyəri 4.650.000 ABŞ dollarıdır

MiQ-29 (rus. МиГ-29) Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. Qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib.

Avtosfer.Az ted.az-a istinadən bildirir ki,Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava - səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaq doldurma imkanlarına sahibdir.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Qeyd edək ki, Azərbaycanda 15 ədəd MiQ-29 təyyarəsi mövcuddur. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi hesab edilir. Belə ki, bu qırıcı indiyə qədər 30-dan çox ölkənin silahlanmasında mövcud olub. Ən böyük ixrac müqaviləsi isə Hindistanla imzalanıb.

MiQ-29 təyyarəsinin ümumi texniki parametrləri sizə təqdim edirik:

Heyət: 1

Uzunluğu: 17,37 m

Bir qanadın uzunluğu: 11,4 m

Hündürlük: 4,73 m

Qanadının sahəsi: 38 m2

Boş çəki: 11,000 kq

Yüklü çəki: 16,800 kq

Maksimal qalxma çəkisi: 21,000 kq

Güc təminatçısı: 2x "Klimov RD-33" "afterburner" sistemli Turbo Reaktiv Mühərrik, hər birinin dartı qüvvəsi (və ya itələmə qüvvəsi) 8,300 kg (8.14 kN)

Bu təyyarənin silahlanmasında iç dayaqlarda daşınıla bilən, orta məsafəli hava-hava tipli Vympel R-27, idarəedilməyən bomba və raketlər daxildir. Bəzi sovet qırıcıları tək nüvə bombası da daşıya bilirlər. Yan dayaqlarda hava döyüşləri üçün R-73 və köhnə tipli R-60 daşınıla bilər. Təkmilləşdirilmiş versiyaları lazer başlıqlı, elektro-optik və hava-yer tipli raketlər də daşıya bilirlər.

Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200-1800 m. olan, əksər Sovet hərbi təyyarə və helikopterlərində quraşdırılan QŞ-301 tipli aviatopla təchiz edilib.

Hal-hazırda 1989 ilin MiQ-29-un  maddi dəyəri 4.650.000 ABŞ dollarıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh