"Sərxoş vəziyyətdə avtomobil idarə etmək çox təhlükəli bir ənənədir" - Ekspert

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.Bildirilib ki, bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə etmək çox təhlükəli bir ənənədir:
“Bu zaman insanın düşünmə, qavrama qabiliyyəti çox aşağı düşür və hadisələrə düzgün qiymət verə bilmədiyi üçün qəza riski qaçılmazdır. Həmişə sürücülərə tövsiyə edirik ki, belə hərəkətlərdən uzaq olsunlar. Çünki bu, ən təhlükəli, qayda pozuntularından biridir. Son dövrlər sərxoş vəziyyətdə avtomobil idarə edənlərin sayında bir azalmanın şahidi oluruq. Lakin narkotik vasitənin təsiri altında avtomobil idarə edənlərin sayı isə çoxalıb. Sanki narkotiki siqaret əvəzi istifadə edirlər. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bu qədər mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, narkomaniya azalmaq əvəzinə artır. Bu, çox dəhşətli bir göstərici və rəqəmdir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət tədbirləri güclənməlidir. Bir çox ölkələrdə belə sürücülərə qarşı çox sərt cəzalar tətbiq olunur, avtomobili əlindən alınır, sürücülük hüququ məhdudlaşdırılır. Yəni iki dəfə, üç dəfə tutulandan sonra artıq ömürlük sürücülük hüququndan məhrum edilmə var. Avtomobili üç ay cərimə meydançasında saxlayırlar ki, sən üç ay, ümumiyyətlə maşın üzü görməməlisən. Bizdə o cəzalar hələ də yüngüldür. Yəni adam təkrar cəza törədəndə, spirtli içkinin təsiri altında təkrar tutulanda, yenə də onun cəzası yüngüldür. Daha ağır, daha tutarlı sanksiyalar tətbiq etmək lazımdır ki, bundan nəticə çıxarsınlar. Bu gün isə nəticə çıxarmaq üçün onlara yaxşı dərs verilmir. Dərs yaxşı olsaydı, nəticə belə olmazdı”.(sherg.az)
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










