Sərxoş vəziyyətdə avtomobil qaçıran şəxs tutulub - Balakəndə

Balakəndə sərxoş vəziyyətdə avtomobil qaçıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, iyulun 8-də Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə “Mercedes” markalı avtomobil aşkar ediblər. Aparılan araşdırmalarla həmin avtomobilin rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olduğu müəyyən edilsə də, ancaq onun Balakən şəhər sakini Abdulla Qarayev tərəfindən qaçırıldığı aşkar olunub. İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N.Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











