Sevinc Qədirova vəzifəsindən ayrıldı: Heç bir mənfi səbəb axtarılmasın

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Sevinc Qədirova özü məlumat verib. O bildirib ki, artıq ötən gün QSC-dəki vəzifəsindən çıxıb: “Dünəndən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-dən ayrılmışam. Fəaliyyətimi Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcəyəm. İşimiz yenə eynidir. Media ilə əlaqələrimizin əvvəlki kimi sıx olacağına ümid edirəm”.
S.Qədirova qeyd edib ki, yeni təyinatla bağlı qərar Cavid Qurbanov tərəfindən verilib: “Heç bir mənfi səbəb axtarılmasın. Yeni işimə yəqin ki, bir aydan sonra başlayaram. Dörd ilə yaxın bir müddətdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində çalışmışam. Məzuniyyət götürüb, illərin yorğunluğunu üzərimdən atıb yeni işimə daha aktiv, enerjili başlamağı düşünürəm”.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











