Şəxsi ölümlə hədələyən kriminal avtoritet və qohumları saxlanılıb - FOTO

Cəlilabadda polis ədavətin qanlı hadisə ilə bitməsinin qarşısını alıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən isə ona xəsarət yetirildiyini bildirib. Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini, əvvəllər məhkum edilmiş, cinayətkar aləmlə əlaqəli olan və “Məşədi Elçin” kimi tanınan Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında xeyli vaxt əvvəldən olan ədavətlə bağlı bıçaq və yumruq zərbələri ilə Ş.Mahmudova xəsarət yetiriblər. E.Muradov və oğlu N.Muradlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxs qismində saxlanılan E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib və dolabın içərisindən bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya aid bir ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ












