"Şimal-Cənub" dəhlizinin buraxılış qabiliyyətinin artırılması müzakirə olundu

Azərbaycan ilə Rusiya arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi müzakirə olunub.
Avtosfer.az xəbər verir ki, müzakirələr Rusiya hökumət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Aleksey Overçukla Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Rusiya-Azərbaycan dövlət sərhədindəki buraxılış məntəqələrinin səmərəli işi və onların gələcəkdə daha da modernləşdirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.
Xatırladaq ki, ötən il Azərbaycandan keçən "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton yük daşınıb. Proqnozlara görə, 2030-cu il üçün bu dəhlizi üzrə yükdaşımaların 32 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












