"Singapore Airlines" "Airbus A380" laynerlərini yoxlayacaq

"Singapore Airlines" aviaşirkəti 2004-2006-cı illərdə buraxılan "Airbus A380" markalı 4 ədəd təyyarəni laynerlərin qanadında mümkün çatlar olması ilə bağlı daxil olan informasiya səbəbindən "xüsusi yoxlama"dan keçirəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının yaydığı bəyanatda vurğulanıb. "Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) qanadın arxa lonjeronlarında qüsur ola biləcəyi ilə bağlı məlumat almışıq və bu səbəbdən parkımızda olan dörd ədəd təyyarədə xüsusi yoxlama həyata keçiriləcək. Müştərilərin və ekipajın təhlükəsizliyi şirkət üçün prioritet rol oynayır və hərtərəfli yoxlama həyata keçiriləcəyinə təminat veririk", - deyə bəyanatda qeyd olunub.
Sinqapur aviadaşıyıcısının parkında, ümumilikdə, 19 ədəd "Airbus A380" təyyarəsi var. Eyni zamanda "Singapore Airlines" 2007-ci ilin oktyabr ayından etibarən bu təyyarələrdən istifadə edən ilk aviaşirkət olub.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











