Şirkət "Barselona"nın futbolçularından avtomobillərini qaytarmalarını istəyir

"Audi" şirkəti İspaniyanın "Barselona" klubu ilə əməkdaşlığı dayandırıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi ilə müqavilə iyunun 30-da başa çatıb. Bundan sonra Almaniya avtomobil şirkəti "Barsa"nın oyunçularından konsernin avtomobillərini qaytarmalarını xahiş edib. Həmin maşınlar sponsorluq sözləşməsinin qüvvədə olduğu müddətdə futbolçulara pulsuz təqdim olunmuşdu.
Klub Asiya turundan qayıtdıqdan sonra avtomobilləri geri verməlidir. "Volkswagen Group"a daxil olan şirkət komandanın futbolçularının səfərlər zamanı rəqib şirkətinin maşınlarından həddən artıq yararlanmalarından narazı qalıb.
Qeyd edək ki, "Barselona" iyulun 27-də Yaponiya "Vissel Kobe"si ilə yoldaşlıq görüşü keçirəcək. Hazırda "Vissel Kobe"də Kataloniya komandasının sabiq futbolçusu Andreas İnyesta çıxış edir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











