Şirkət rəhbərinin ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Hüseyn Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fərid Yaqubovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il mayın 18-da Xətai rauonu Fəzail Bayramov küçəsində qeydə alınıb. Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə yolu keçən 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlunu vurub. Zərərçəkən aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Qəzanı törədən şəxs "Azərbaycan Dəmir Yolları" QSC-nin Keşlə stansiyasının əməkdaşı, ölən şəxs isə "VÜQAR-2" MMC-nin sahibi olub.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











