Şirvan şəhərində avtomobil təmiri sexi yanıb
Gündəm
30 Avqust 2019 12:25
Oxunub 1099

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Şirvan şəhərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.Az-a verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb.
Bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













