Siyəzəndə ölümlə nəticələnən qəza törədən sürücünün məhkəməsi başlayır

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib.
Hakim Bəylər Ələkbərovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 5-ə təyin edilib.
Qeyd edək ki, qəza bu ilin iyun ayında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. “Mitsubishi Pajero” markalı, 99-FO-808 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında quraşdırılmış maneəyə çırpılıb. Nəticədə sərnişin Cəlalə Qurbanova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Sürücü, 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










