“Skuter olmasaydı, uşaqların atası da boğulacaqdı” - Şahid danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nardaran çimərliyində 4 uşaq boğularaq ölüb. "Qafqazinfo"nun məlumatına görə, onlar qayalıq ərazidə çimiblər. Bu barədə məlumatı hadisənin şahidi olan Tamilla adlı qadın sosial şəbəkədə yayıb. Onun sözlərinə görə, ailə hər kəsdən uzaqlaşaraq qayalıq ərazidə suya daxil olub. Qəfil su axını ata və uşaqları 100 metr içəri doğru aparıb. Orada "üzmək qadağandır" işarəsi və xilasetmə qayığı olmayıb. Hadisə şahidi bildirib ki, uşaqların cəsədini sudan çıxarmağa kiçik limanın iki işçisi kömək edib. "Uşağın atasını bizim dostlardan biri skuter vasitəsiylə xilas etdi. Skuter olmasaydı, uşaqların atası da boğulacaqdı. Qızla oğlanı həyata qaytarmaq üçün çox səy göstərilsə də, bu, mümkün olmadı. Sonda təcili tibii yardım göründü", - deyə Tamilla xanım qeyd edib.
Qeyd edək ki, FHN-dən verilən məlumata görə, uşaqların boğulduğu yer nəzarətsiz ərazisi olub. Onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda çimərkən batıblar.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












