Sosial medianın sağlamlıq illüziyası - Yanlış sağlamlıq məsləhətləri ölümə səbəb olur - AÇIQLAMA

Müasir dövrdə sosial media insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və sağlamlıqla bağlı məlumatlar da ən çox bu platformalar vasitəsilə yayılır. Xüsusilə gənclər arasında “möcüzə reseptlər”, “1 həftəyə arıqlama”, “detoks proqramları” və “bitki çayı ilə bütün xəstəliklərin müalicəsi” kimi iddialar böyük maraq doğurur. Qısa müddətdə nəticə vəd edən bu trendlər asan və cazibədar görünsə də, əksər hallarda elmi əsaslara söykənmir və insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
Bu tip yanlış sağlamlıq trendləri çox vaxt fərdi təcrübələrə, reklam məqsədli paylaşımlara və ya yanlış məlumatlara əsaslanır. Nəticədə insanlar həkim məsləhəti olmadan öz sağlamlıqları üzərində sınaqlar aparır, düzgün qidalanma və tibbi müalicəni arxa plana atırlar. Sosial mediada yayılan bu cür məlumatlar cəmiyyətin sağlamlıq anlayışını təhrif edir və yanlış gözləntilər formalaşdırır. Buna görə də sağlamlıqla bağlı paylaşımlara tənqidi yanaşmaq, məlumatın mənbəyini yoxlamaq və mütəxəssis rəyinə üstünlük vermək son dərəcə vacibdir.

Məsələ ilə bağlı diyetoloq Leyla Zülfüqarlı Avtosfer.az-a bildirib ki, bu cür “möcüzəvi vasitə” adı altında olan çox ucuz vasitələr əslində insan ölümünə səbəb olub:
“Bu, bizim xalqın xarakteridir. Həmişə möcüzə axtarırlar. Möcüzəvi arıqlama kapsulu çayı, indi isə iynəsini axtarırlar. İnsanlar praktik nəticələr gördükdə anlayırlar ki, bu cür vasitələr insan ölümünə səbəb olub. Bioloji ölümlər tezləşib və bundan sonra mən də görürəm ki, insanlar artıq çəkinir və narahat olurlar. Məsələn, hansısa kokteyl qarışımları, zəncəfil tozu və s. vasitələrdən də insan həyatının itirildiyini görmüşük. Arıqlama kapsulu ilə hətta tanınmış insanlar həyatlarını itiriblər. Arıqlama iynəsi ilə bağlı da çox ciddi fəsadlar yaranıb, hətta ölüm faktları olub. Yəni, hər birindən mənfi təcrübələr mövcuddur.
Diyetoloq maarifləndirmə yolu ilə bunun qarşısının alınmasının mümkünlüyündən də bəhs edib. O deyib ki, biz yenə maarifləndirməni davam etdiririk ki, insanlar anlayışlı olsun və bu vasitələrdən uzaq dursunlar.
Nurcan Babək
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










