Soyğunçular çəkic və silahla “Lexus”a hücum etdi: Sürücünü yaralayıb 26 mini apardılar

Moskvada “Lexus”dan 1 milyon rubl (26300 manat) oğurlanıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident sentyabrın 12-si, Moskva Dairəvi Avtomobil Yolu ilə Novoryazansk şosesinin kəsişməsində baş verib. Bu barədə əyalət üzrə DİN mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 4 nəfər silahlı şəxs “Lexus”a yaxınlaşaraq əvvəlcə çəkiclə arxa yan şüşəsini qırıblar. Ardınca sürücünün üzünə gözyaşardıcı qaz püskürdərək ayağına bir əl silahdan atəş açıblar. Cinayətkarlar bundan sonra içərisində şəxsi sənədlərin və 1 milyon rubldan artıq pul olan çantanı götürərək qaçıblar.
Odlu silahdan açılan atəş nəticəsində budundan xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Qaçan şəxslərin axtarışları davam etdirilir.
Namiq Musayev
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












