Startaplara yeni vergi güzəştləri nələr olacaq? - İQTİSADÇI

Startaplara yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Dəyişikliklərin əsas məqsədi innovativ və texnoloji layihələrə investisiyaların artırılması, investorların marağının qorunması və startapların xərclərinin azaldılmasıdır.
Avtosfer.az xəbər verir ki, güzəştlərin müddətinin 3 ildən 7 ilə qədər uzadılması, investorların startaplara yatırımlarının və müəyyən gəlirlərinin vergidən azad edilməsi, eləcə də tədqiqat və inkişaf xərcləri üzrə əlavə imkanların yaradılması gözlənilir. Bəs yeni güzəştlər startapların inkişafına və bu sahəyə investisiya axınına necə təsir göstərəcək?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, startaplara geniş vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

''Burada əsas diqqət çəkən məqamlardan biri güzəştlərin müddətinin 3 ildən 7 ilə qədər uzadılmasıdır. Çünki 3 il startap üçün çox qısa müddətdir. Bundan əlavə, investorların startaplara investisiya cəlb etməsi ilə bağlı məqamlar da asanlaşdırılır. Müəyyən şərtlər çərçivəsində investorun startapa qoyduğu yatırım vergidən azad ediləcək. Eyni zamanda, startaplara qoyulan yatırımlarda investorların qazanclarının və dividendlərinin vergidən azad edilməsi nəzərdə tutulur. Digər mühüm məqam startapların texnologiya ilə bağlı xərclərinin azaldılmasıdır. Bir sıra texnologiyaların alınması vergidən azad ediləcək ki, startapların bu istiqamətdə xərcləri azalsın və onlar daha rahat investisiya edə bilsinlər. Burada R&D, yəni tədqiqat və inkişaf etdirməyə sərf olunan xərclərin 1,5 əmsalında xərcə cəlb edilməsi də nəzərdə tutulur. Məsələn, 100 manat xərc çəkən müəssisə həmin məbləği 150 manat xərc kimi nəzərə ala biləcək. Bu, ümumilikdə rəsmi xərclərin artırılmasına imkan verəcək.
Bütün bu güzəştlərin əsas məqsədi startaplara investisiyanın genişləndirilməsi, investorların marağının qorunması və texnoloji sahədə fəaliyyət göstərən müəssisələrin təşviq edilməsidir. Yəni güzəştlərin bütün dəyər zəncirinə tətbiq olunması və startapların həm maliyyə, həm də texnologiya xərclərinin azaldılması hədəflənir''.
Fatimə
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












