Statistika komitəsi 11507 noutbuku niyə alıbmış? - 4 milyon 779 min manat xərclənib

Hesablama Palatası tərəfindən açıqlanan audit nəticələrinə əsasən, Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə maliyyə fəaliyyətində bir sıra ciddi nöqsanların aşkar olunduğu bildirilir. Belə ki, qurumun anbarında ümumi dəyəri 4 milyon 793 min 229 manat 62 qəpik olan avadanlıqların uzun müddət istifadəsiz qaldığı, həmçinin bu avadanlıqların mühasibat uçotunda qaydalara zidd şəkildə qeydiyyata alındığı qeyd olunur.
Maraqlıdır, qaydalara zidd şəkildə uçota alınmış planşetlər və digər avadanlıqların alınma məqsədi nə olub və niyə faktiki istifadəyə verilməyib? Ümumi dəyəri 4 milyon 779 min 547 manat 52 qəpik olan 11 507 ədəd planşetin alınmasına zərurət nədən yaranıb?
Bu suallara cavab tapmaq üçün Dövlət Statistika Komitəsinə sorğu göndərdik. Qurumdan "Bakupost"a bildirildi ki, Hesablama Palatasının açıqladığı audit nəticələrində qeyd olunan məsələlər Komitə tərəfindən diqqətlə araşdırılıb:
“Məlumat üçün bildiririk ki, ümumi dəyəri 4779547,52 manat olan 11507 ədəd planşet tipli kompüterdən 11412 ədədi “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli Qərarının icrası olaraq kənd təsərrüfatının siyahıyaalınmasının, qalan 95 ədədi statistik sorğuların keçirilməsi məqsədilə 2024-cü ildə satın alınmışdır. Kənd təsərrüfatının siyahıyaalınması yekunlaşdıqdan sonra sözügedən qərarın 11.7-ci bəndinə əsasən 2025-ci ilin avqust ayında 1976 ədəd planşet tipli kompüter Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, 2025-ci ilin oktyabr ayında 9436 ədəd planşet tipli kompüter isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təhvil verilərək Dövlət Statistika Komitəsinin balansından silinmişdir”.
Komitənin bu cavabından sonra isə ziddiyyətli məqamlar ortaya çıxır. Sual yaranır: necə olur ki, Hesablama Palatasının məlumatında planşetlərin anbarda aşkarlandığı göstərildiyi halda, Dövlət Statistika Komitəsi onların artıq 2025-ci ildə balansdan silindiyini və mövcud olmadığını bildirir?
Sualımıza cavab tapmaq üçün növbəti dəfə Hesablama Palatasına sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, audit zamanı "2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı ilə təsdiq edilmiş işlərin həyata keçirilməsi məqsədilə alınmış, lakin audit dövründə faktiki olaraq istifadəyə verilməyən və anbarda olan 11507 ədəd 4779547,52 manat dəyərində Planşetin 231 Noli "Torpaq, tikili və avadanlıqların dəyəri" hesabı əvəzinə təsnifləndirmə səhvi edilərək 233 Noli "Torpag, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər" hesabında uçota alındığı müəyyən edilmişdir:
“Nəzərinizə çatdırırıq ki, kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin aidiyyəti qurumların balansına verilməsi üçün müvafiq icra hakimiyyəti orqanından razılıq alınmışdır”.
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI










