“Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil”

"Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib". Avtosfer.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, mümkün olan yerdə ağaclar saxlanılır: "Konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxaclarının qarşısının alınmasının vacibliyi nəzərə alınaraq burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən və məsləhətləşmələrdən sonra müsbət rəy verilib. Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin. Hər kəsə bəllidir ki, hər gün bu yolda insanlar saatlarla tıxacda qalır, vaxt itkisi yaranır, insanların əsəbləri pozulur. Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da sağlamlığımıza və təbiətimizə zərər verir". "Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar? Amma yenə də xüsusi olaraq qeyd edirəm ki, vəzifə borcumuz odur ki, rəyə göndərilən layihələrin məzmun və formasından asılı olmayaraq, bizim üçün hər şeydən əvvəl ekoloji faktorlardır, ətraf mühitin qorunmasıdır. Ona görə də təqdim olunan layihələrin hamısı ictimai dinləmədən keçirilir, ictimaiyyətlə məsləhətləşmələrdən sonra rəy verilməsi barədə qərar verilir", - deyə İdarə rəisi bildirib.
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










