Sumqayıtda 14 yaşlı qız itkin düşüb

Sumqayıt şəhərində 14 yaşlı qız itkin düşüb. Avtosfer.az-ın verdiyi məlumata görə, Sumqayıt şəhər, 1-ci mikrorayon, ev 8A/27, mənzil 28 ünvanında qeydiyyatda olan İsmayılova Gülbadam Nəsir qızı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 4-ü, təxminən saat 15:00 radələrində 2005-ci il təvəlludlu qızı - İsmayılova Aysun Əli qızı yaşadığı evin həyətindəki marketdən çörək almaq adı ilə evdən çıxaraq, naməlum istiqamətdə gedib və geri qayıtmayıb. İsmayılova Aysunun əlamətləri: boyu, təxminən, 155 sm, gözlərinin rəngi qara, orta bədən quruluşlu, qarabəniz sifəti və qara rəngdə saçı var. Evdən çıxarkən əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və ayağında ağ rəngli ayaqqabı olub. Məlumatı olanlardan (018 ) 64-4-41-15, 050-353-05-97 nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












