Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində bir sıra yataqxanaların sakinlərinin köçürülməsi və binaların sökülməyə hazırlıq mərhələsində olduğu bildirilir.
Avtosfer.az xəbər verir ki, son olaraq, 20 Yanvar və Bakı küçələrindəki yataqxanaların sökülməsi barədə məlumatlar yayılır. Xüsusilə, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisindəki Fin evlərinin Çin şirkəti tərəfindən söküləcəyi barədə iddialar irəli sürülüb.
Mövzu ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt şəhərində aparılan yenidənqurma işləri şəhərin Baş planına və ümumi inkişaf konsepsiyasına uyğun olaraq mərhələli və sistemli şəkildə icra olunur.
“Bu çərçivədə istismar müddətini başa vurmuş, müasir yaşayış standartlarına cavab verməyən bəzi binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulub. Sözügedən proses artıq bir neçə ildir ki, başlanıb və hazırda şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl olaraq davam etdirilir.
Növbəti mərhələlərdə digər yaşayış ərazilərində də oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.
Söküntü və yenidənqurma işləri yalnız sakinlərin razılığı və qarşılıqlı anlaşma əsasında həyata keçirilir. Bu prosesdə sökülən binalarda yaşayan vətəndaşların sosial müdafiəsi və mənzil təminatı xüsusi diqqət mərkəzində saxlanılır. Razılaşma əsasında sakinlər müasir standartlara cavab verən yeni mənzillərlə təmin olunurlar.
Layihə çərçivəsində söküləcək binaların yerində müasir memarlıq və şəhərsalma tələblərinə uyğun yeni yaşayış komplekslərinin inşası planlaşdırılır. Eyni zamanda həmin ərazilərdə abadlıq və yaşıllaşdırma işlərinin aparılması, uşaq oyun meydançalarının, park və istirahət zonalarının, parkinq sahələrinin və digər sosial infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Həyata keçirilən bu layihələr Sumqayıt şəhərinin sosial infrastrukturunun yenilənməsinə, şəhər mühitinin daha müasir və komfortlu hala gətirilməsinə, eləcə də sakinlərin yaşayış şəraitinin davamlı şəkildə yaxşılaşdırılmasına xidmət edir. Ümumilikdə, görülən işlər şəhər sakinləri tərəfindən müsbət qarşılanır və şəhərin inkişaf dinamikasına töhfə verir”.
Səfər
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












