Sumqayıtda ictimai nəqliyyatın kondisioner dərdi

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin nə vaxt işləyəcəyidir. Avtobuslarda sərnişinlər sıx olduğu zaman problem daha da böyüyür. Avtosfer.az xəbər verir ki, bəzən isə sərnişinlə sürücü arasında yaranan mübahisəyə səbəb avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. Sumqayıtda müşahidə olunan isti hava şəraiti sərnişindaşımada kondisioner problemini yenidən gündəmə gətirib. Şəhərdə ictimai nəqliyyatda istifadə olunan Türkiyə istehsalı olan müasir tipli avtobuslarda soyutma sistemi mövcud olsa da, gəl ki, sürücülər bu sistemi işə salmırlar.
Elə Xeberle.com-un sosial şəbəkə hesablarında Sumqayıt sakinləri arasında keçirdiyi sorğu da bunu deməyə əsas verir. Bu dəfə "Facebook" və "İnstagram" sosial şəbəkələrində respondentlərə "Sumqayıt avtobuslarında kondisioner işləyirmi?" sualını ünvanladıq.
Sorğuda ümumilikdə 367 respondent iştirak edib. Sorğunun nəticələri onu deməyə əsas verir ki, sərnişinlərin 80 faizdən çoxu marşrutlarda kondisionerlərin işlək vəziyyətdə olduğunu görməyib. Respondentlər arasında "6” və "33’ saylı marşrut sürücülərinin insaflı olduğunu qeyd edənlər də olub. Digər marşrutlarda isə sözün əsl mənasında "cəhənnəm odunun istiliyini hiss edərək yolumuza davam edirik” - deyə münasibət bildirənlər çoxluq təşkil edib.
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov isə açıqlamasında marşrutlarda kondisonerlərin işlək vəziyyətdə olmamasına belə münasibət bildirib: "Böyük tutumlu avtobuslarda 3 qapı var və hərə bir qapıdan düşür deyə, sürücü də məcburdur ki, dayanacaqlarda bütün qapıları açsın. Hər dəfə də bütün qapıların açılıb bağlanması kondisionerin məhvinə gətirib çıxardır, avtobus gücdən düşür. Sürücü də kondisionerləri söndürməyə məcbur olur. Və yaxud da ki, sürücü kondisioner işlək vəziyyətdə olan zaman qapının birini açmazsa, sərnişinlər çox kobud sözlərdən istifadə edir. Çöldə 38-40 dərəcə isti, avtobusunda içi sərnişinlə dolu olarsa, bütün qapılar açılıb- bağlanan zaman kondisionerin soyutmağa gücü çatmır”.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










