Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO

Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir velosiped, skuter və moped sürücülərinə qarşı profilaktik xarakter daşıyır. Tədbirdə iştirak edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli saxlanılan sürücülərə yol hərəkəti qaydalarının tələblərini izah edib, təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbir zamanı dövlət qeydiyyat nişanını çirkli saxlayan, cərimələri ödəməyən moped və motosiklet sürücüləri aşkarlanıb. Onların barəsində qanunamüvafiq tədbirlər görülüb. Skuter və velosiped sürücüləri ilə isə yol hərəkəti qaydalarına dair təbliğat xarakterli söhbət aparılıb.
Yol polisinin keçirdiyi maarifləndirici tədbirdə iştirak edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ərazidə olarkən nömrəsiz, dəbilqəsiz moped, motosiklet və velosiped idarə edənlər yol polisi əməkdaşlarını görən kimi ara məhəllələrə girib gözdən itirlər. Nəqliyyat vasitəsinin qeydiyyat nişanı olmadıqda, onları sürən adamlar da bilirlər ki, polisdən qaçmaq mümkündür və qaçmağı da bacarırlar. Ekspert yaranmış vəziyyətlə bağlı nömrəsiz moped və motosiklet sürənlərin valideynlərinə çağırış edib. O vurğulayıb ki, valdieynlər övladlarının nömrəsiz moped və motosiklet sürmələrinə mane olmalıdırlar, çünki həmin şəxslər ölümə gedirlər.
Təhlikəsizliyin gücləndirilməsi məqsədilə bu cür tədbirlər davam etdiriləcək.
Səfər
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












