Sürücü, “gəl getdiyin yerə aparım...” dediyi 62 yaşlı qadını “SOYDU”

Polis əməkdaşları yaşlı qadını qaçıraraq ona qarşı soyğunçuluq edən sürücünü saxlayıb. Avtosfer.az Rusiya əyalət üzrə DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Stavropol əyalətinin Şpakovsk rayonunda qeydə alınıb.
62 yaşlı qadın şikayətlə müraciət edərək polis əməkdaşlarına bildirib ki, Stavropol – Bataysk – Tonnelnıy trasında ona bir maşın yaxınlaşıb və sürücü onu getdiyi ünvana aparmasını təklif edib.
O, da razılaşıb. Bir müddət irəlilədikdən sonra sürücü avtomobili kənd yoluna döndərib. Qadın nəyinsə düz getmədiyini hiss edərək sürücüdən şübhələnib. Təqaüdçü, sürücünün döngədə əyləci sıxanda bundan istifadə edərək avtomobilin salonundan özünü atıb. Ancaq çox keçmədən sürücü qadına çatıb və gözyaşardıcı balondan üzünə qaz püskürdərək, içində pul olan çantanı götürərək qaçıb. Zərərçəkən, aldığı xəsarətlərə baxmayaraq avtomobilin qeydiyyat nömrə nişanını yadında saxlaya bilib.
Bunun ardınca polis əməkdaşları şikayət üzrə hərəkətə keçərək tez bir zamanda hadisəni törədən sürücünü yaxalayıb. Sürücü sorğu-sual zaman törətdiyi hadisəni etiraf edib.
Namiq Musayev
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












