Sürücü hazırlığı üzrə təhsil haqqı endirildi - 266 manatdan ... - AYNA - FOTO

Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhsil haqqı 266 manatdan 50 manata endirilib.
Avtosfer.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu barədə agentlikdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən növbəti görüşdə bildirilib.
Məlumata görə, görüşdə sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib. Fəaliyyət zamanı hüquqi öhdəliklərə, düzgün sənədləşməyə və mövcud tələblərə riayət olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən "5000 yeni sürücü" layihəsi də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi müsbət təsirlər barədə məlumat verilib. Sürücü hazırlığı üzrə təhsil haqqının 266 manatdan 50 manata endirilməsi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər.
Yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara yaranmış ehtiyac nəzərə alınaraq texniki təmir sahəsi olan daşıyıcıların layihədə iştirakı imkanları müzakirə olunub. Təlim keçə biləcək müəssisələrin imkanları qiymətləndirilib və tələb olunan peşələrin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə beynəlxalq daşımaların coğrafiyasının genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. Xüsusilə Çin, həmçinin Monqolustan və İran istiqamətlərində beynəlxalq yük daşımalarında iştirakın artırılmasının vacibliyi vurğulanıb. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində milli sahibkarların nəqliyyat-logistika sərgilərində iştirakı məqsədəuyğun hesab edilib. Şirkətlərin yaxın vaxtlarda Çində təşkil ediləcək sərgidə iştirakının mümkünlüyü bildirilib. Təşkilati dəstəyə ehtiyac yarandıqda AYNA-ya müraciət edə biləcəkləri qeyd olunub.
Beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən daşıyıcılarla sahənin inkişafına yönəlmiş tədbirlərin mütəmadi davam etdirilməsi planlaşdırılır.
Bakının 15 istiqamətində tıxac müşahidə olunur
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir


















