Sürücülər cərimələnir: Elektron kabineti olmayan sürücülər nə etməlidir? - VİDEO

Texniki baxışdan vaxtında keçməyən sürücülər cərimə edilirlər. Sürücülərətövsiyyə olunur ki onlar bu barədə məlumatları elektron kabinetdən öyrənəbilərlər. Apardığımız sorğu zamanı bəlli oldu ki, əksər sürücülərin elektron kabinetiyoxdur. Ekspert bu məsələdə çıxış yolu təklif edir. Əksər sürücünün elektron kabineti yoxdur. Bu səbəbdən avtomobillərinin texniki baxış ilə bağlı məlumatları vaxtında öyrənə bilmirlər. Texniki baxışdan vaxtında keçməyən 100 minə yaxın sürücüyə cərimə yazıldığı bildirilir...
Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, elektron kabinet sisteminin özündə də müəyyən natamamlıqlar var. Hələlik bütün sürücülər haqqında həmin bazada informasiya mövcud deyil. Ekspert təklif edir ki, ümumiyyətlə texniki baxış məsələsində yaranan anlaşmazlığı aradan qaldırmaq üçün qanunvericiliyə müəyyən əlavələr etmək lazımdır. Sürücülərə texniki baxışın bitmə vaxtı ilə bağlı məlumatların çatdırılması təmin edilməlidir.
Qeyd edək ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə sürcülər 50 manat miqdarında cərimə olunurlar. Cərimə yazılandan sonrakı 20 gün ərzində texniki baxışdan keçmədikdə yenə də eyni miqdarda cərimə tətbiq olunur. Texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











