Sürücüləri təhlükəyə salan yol nişanları - VİDEO

Təbii ki, yolların yenidən qurulması, təmir olunaraq daha komfortlu hala gətiriləməsi mütləqdir, təqdirəlayiqdir. Amma tək yolların təmiri ilə iş bitmir. Bu yollarda hərəkəti tənzimləyən yol nişanları da yenilənməli, quraşdırıldığı məkan elə seçilməlidir ki, sükan arxasında olan sürücü gecə-gündüz onları daha dəqiq və aydın şəkildə görə bilsin. Axı yol kənarlarına qoyulan bu nişanlar yollarda hərəkəti tənzimləyir, üstəlik, sürücülərə istiqaməti göstərir.
Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, hazırda paytaxtın bəzi küçə və prospektlərində elə yol nişanları var ki, onlar nəinki hərəkəti tənzimləmir, hətta həmin nişanların varlığı sürücülərə təhlükəli anlar yaşadır. Artıq bir neçə gündür sözügedən məsələ sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib.
Sürücü: "Gələn qırmızını görmür, yaşılın qabağını tutur, yaşılı görmür keçir".
Söhbət Zabrat, Sabunçu, Balaxanı dairəsi kimi tanınan ərazilərdə quraşdırılan və sürücüləri əməlli-başlı çaş-baş salan bu yol nişanlarından gedir. Kəsişmədə hərəkəti tənzimləyən işıqforun qarşısında elə bir vəziyyət yaranıb ki, sürücülər işıqforu görmək üçün dəridən-qabıqdan çıxmalı olurlar. Hətta sözügedən yol nişanları ərazidə saysız hesabsız qəzaların baş verməsinə də səbəb olur.
Sürücü: "Sabunçu kruqundan Zabratın "kruqu"na qədər yarım saata, bir saata gedib çıxırsan. Çox qəza baş verir, ümumiyyətlə, bu yollarda hər gün qəza olur".
İşıqforun düz qarşısında üç fərqli nişan yer alır onlardan biri yolun iki hissədən ibarət olduğunu, digəri düzünə hərəkəti, üçüncüsü isə yük maşınlarına düzünə hərəkətin qadağan olduğunu göstərir. Əslində, belə yol kəsişmələrində bu nişanlar çox iş görür, lakin indiki vəziyyətdə buradakı quraşdırılan nişanların sürücülərə köməyindən çox zərəri toxunur. Çünki bu işarələr sıx şəkildə quraşdırılıb və işıqforun qarşısını kəsir. Bu da birbaşa nəqliyyatın hərəkətinə çətinlik yaradır.
Bəs, görəsən, insanların həyatını təhlükəyə atan bu nişanların işıqforla eyni nöqtədə yer alması, hələ, üstəlik, bir-birinə bu qədər yaxın olması qanunla doğrudurmu?
Ekspertlər deyir ki, yol hərəkəti haqqında qanunda məlumatverici lövhələrin harada və hansı məsafədə quraşdırılması açıq-aydın göstərilib.
Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, oxşar vəziyyətə hazırda paytaxtın bəzi küçə və prospektində rast gəlmək olur və bu problemlərin həlli üçün qurum əməkdaşları artıq lazımi tədbirləri görür.
Problemin ciddiliyini və qurum rəsmisinin vədini nəzərə alsaq, məsələnin yaxın günlərdə həll olunacağına ümid etməyə dəyər.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










