Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT

Paytaxtın Nəsimi və Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdə yol hərəkətində dəyişikliklər qüvvəyə minib. “Şamaxinka”da ilk dəfə işıqforlar istifadəyə verilib. Yoldan istifadə edən sürücülər isə bildirirlər ki, işıqfor quraşdırılmasına baxmayaraq yolda tıxac azalmaq əvəzinə, əksinə daha da çoxalıb.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, orada indiyədək hərəkətin təşkili ilə bağlı atılan ən yaxşı addım həyata keçirilib:
"Ola bilsin ki, sürücülərin bəziləri hələ də bundan xəbərsizdir. Ola bilər ki, ilkin mərhələdə yolun buraxılış qabiliyyəti düzgün tənzimlənməyib. Yəni zamanla bu məsələlər tənzimlənə bilər. Amma hazırkı vəziyyətdə orada svetoforların quraşdırılması, hərəkətin svetofor vasitəsilə tənzimlənməsi və avtobus zolağının bir hissəsinin ləğv edilməsi kifayət qədər mükəmməl bir layihədir. Ümid edirəm ki, sürücülər yol nişanlarına və nişanlanma xətlərinə diqqət edərək hərəkətlərini rahat şəkildə davam etdirəcəklər. Lakin bunun üçün bir qədər vaxt lazımdır, mən belə düşünürəm".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












