Sürücülərin nəzərinə - Bakıda bu yollar bağlanır SİYAHI

Bu gündən paytaxt Bakıda bir sıra mərkəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edib. Qurumun mətbuat xidmətinin rəsmisi Vaqif Əsədov bildirib ki, məhdudiyyət 25-26 oktyabr 2019-cu ildə Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədardır.
Hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi”, “Hyatt Regency” oteli və digər ərazilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Odur ki, oktyabrın 24-dən tarixindən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusi ilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır.
İctimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyyə olunur. "Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar".
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










