Sürücülərin nəzərinə: Bu yolda radarlar quraşdırılacaq

Yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biri də yüksək sürətdir. Belə hadislərin qarşısının alınması üçün yollarda quraşdırılan sürətölçən radar və digər elektron cihazlar həm də profilaktik rola malikdir. Sürücülər radara düşməmək, cərimə olunmamaq üçün sürət həddini aşmamağa çalışırlar. Sürücülər bildiriblər ki, Ələt-Atara yolunun Biləsuvar rayonundan Astaraya qədər olan hissəsində radar cihazları quraşdırılmayıb. Bu isə sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur ki, nəticədə həm avtomobillər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaranır.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev “Report”a bildirib ki, yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinə daim diqqət yetirilir və lazımı tədbirlər həyata keçirilir. "Zərurət olan yerlərdə yollar xüsusi texnika vasitəsilə təchiz ediləcək" - deyə R.Quliyev bildirib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












