Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS

Bakının mərkəzində parklanma yerlərinin azlığı sürücülərin qarşılaşdığı əsas problemlərdən birinə çevrilib. Avtomobillərin sayının artması ilə mövcud parklanma yerlərinə tələbat da yüksəlib.
Avtosfer.az xəbər verir ki, bəzi hallarda sürücülər parklanma yeri tapa bilmədikləri üçün avtomobillərini yol kənarında və qaydalara zidd ərazilərdə saxlayırlar. Bu isə həm yol hərəkətinə mane olur, həm də nəqliyyat sıxlığını artırır.
Mövzu ilə bağlı qəza əleyhinə kurs məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, parklanma problemi Bakının təkcə mərkəzində deyil, şəhərin hər tərəfində mövcuddur:

"Xüsusilə mərkəz hissədə parklanma yerləri məhduddur. Eyni zamanda, avtomobillərin sayı həddindən artıq çoxdur. Təxminən 1 milyon 800–1 milyon 900 min avtomobil var və onların haradasa 1 milyon yarımı Bakıda cəmləşib. Rayon qeydiyyatında olan avtomobillər də Bakıdadır. Bəziləri isə qaydaları pozaraq taksi fəaliyyəti ilə məşğul olurlar. Ümumiyyətlə, şəhər həddindən artıq yüklənib. Məsələyə kardinal yanaşmaq lazımdır. Çünki artıq qayda pozmağa məcbur olan sürücülər meydana çıxıb. Heç bir yerdə parklanma yeri tapmaq olmur. Hər gün bunun şahidi oluruq. Əlbəttə, qayda pozmaq olmaz. Səkilərdə avtomobil saxlamaq olmaz, ikinci cərgədə dayanmaq olmaz. Amma vəziyyət sürücülər üçün çox ağırdır. Paytaxtın köçürülməsi məsələsinə müəyyən səviyyələrdə baxılır. Bakı həddindən artıq yüklənib. Çox güclü yüklənmiş, həm insanlarla, həm də avtomobillərlə dolu bir şəhərə çevrilib".
Mütəxəssis qeyd edib ki, bəlkə də tək nömrəli avtomobillərin tək günlərdə, cüt nömrəli avtomobillərin isə cüt günlərdə hərəkət etməsinə icazə verilsin:
"Yəni həftənin və ya ayın tək günlərində tək nömrəli avtomobillər, cüt günlərində isə cüt nömrəli avtomobillər hərəkət etsin. Bu halda avtomobillərin sayı iki dəfə azala bilər. Əlbəttə, ikinci avtomobili alan insanlar da olacaq, amma hər kəsin buna imkanı çatmayacaq. Ümumiyyətlə, avtomobilləşmənin azalmasının başqa yolunu mən görmürəm. Bu say artmağa davam edəcək. Bütün dünyada da vəziyyət belədir. Yollarda tıxaclar artıb. Hələ məktəblər fəaliyyətə başlamayıb, amma buna baxmayaraq, yollarda sıxlıq artıq artıb. Ona görə də mən iki çıxış yolu görürəm. Paytaxtın köçürülməsi ilə bununla da Bakı şəhərində təzyiqin, insan və avtomobil axınının azaldılması, yaxud da tək-cüt nömrə sisteminin tətbiqi. Bundan başqa, parklanma yerlərinin sayının artırılmasıdır. Çoxlu göydələnlər tikilir. Sahibkarları maraqlandırmaq lazımdır ki, göydələnlər əvəzinə çoxmərtəbəli parkinqlər tiksinlər. Onlara müəyyən güzəştlər verilməlidir ki, belə layihələrə həvəsli olsunlar. Göydələnlərin deyil, məhz çoxmərtəbəli parkinqlərin tikintisinə üstünlük verilməsi də bir variantdır. Amma ümumi götürdükdə, vəziyyət heç də ürəkaçan deyil".
Fatimə Dadaşova
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












