Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media platformasına çevrilib - POLİTOLOQ

Şuşa növbəti dəfə beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələri, ekspertlər və rəsmi şəxslər IV Şuşa Qlobal Media Forumunda bir araya gələrək müasir informasiya mühitinin çağırışlarını, dezinformasiyaya qarşı mübarizə yollarını və medianın sülhün təşviqindəki rolunu müzakirə edilib.
İyulun 13 və 14-ü keçirilən forumda Rəqəmsal transformasiyanın sürətləndiyi, informasiya təhlükəsizliyinin qlobal gündəliyin əsas mövzularından birinə çevrilib.
Forumla bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Şuşa Qlobal Media Forumunun Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür:
''Artıq dördüncü dəfə keçirilən forum media sahəsində beynəlxalq platformaya çevrilməkdədir və ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Bu dəfəki forumun əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, o, qlobal çağırışlara cavab verir. Tədbirdə təkcə ənənəvi media ilə bağlı məsələlər deyil, eyni zamanda rəqəmsal inkişaf, rəqəmsal medianın qarşılaşdığı problemlər və bu sahədə mövcud çağırışlar da geniş şəkildə müzakirə olunur. Forumda sosial şəbəkələrdə aktiv olan şəxslərin, o cümlədən bloqerlərin və tiktokerlərin iştirak etməsi də təsadüfi deyil. Bu, Azərbaycanın media mühitində yeni formatların və rəqəmsal platformaların tənzimlənməsinə xüsusi önəm verdiyini göstərir''
Politoloq qeyd edib ki, son dövrlərdə Azərbaycanda rəqəmsallaşma prosesi sürətlə inkişaf edir:

''Prezident İlham Əliyevin sərəncamı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması və bu istiqamətdə atılan addımlar da bunun göstəricisidir. Təbii olaraq, bu proses media sahəsində də yeni tənzimləmə mexanizmlərinin formalaşdırılmasını zəruri edir. Şuşa Qlobal Media Forumunda bu məsələlərin geniş şəkildə müzakirə olunması da məhz bu çağırışlara cavab kimi qiymətləndirilə bilər. Hazırda media böyük bir sınaq qarşısındadır. Süni intellektin tətbiqi, eləcə də sosial şəbəkələrin ənənəvi media üzərində təsirinin artması media üçün yeni inkişaf meyarları və çağırışlar formalaşdırır. Belə mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin nüfuzunun daha da artmasına xidmət edir. Nəzərə alsaq ki, forumda dünyanın aparıcı media qurumlarının nümayəndələri iştirak ediblər və tədbir uzun müddət həmin media qurumlarında geniş işıqlandırılıb, bu, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi və ölkənin qlobal informasiya məkanında mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır''.
Fatimə Dadaşova
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












