Tacikistan və Qazaxıstan tranzit daşımalarla bağlı razılığa gəldilər

Tacikistanın nəqliyyat naziri Azim İbrohim TRACECA Hökumətlərarası Komissiyasının XVIII iclası çərçivəsində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayevlə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Tacikistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafını, o cümlədən avtomobil və dəmir yolu daşımaları, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələlərini müzakirə ediblər.
Azim İbrohim bildirib ki, Tacikistan Qazaxıstanla əməkdaşlığa xüsusi önəm verir və onu regionda əsas tərəfdaşlardan biri hesab edir.
Tacikistan tərəfinin məlumatına görə, 2026-cı ilin ilk dörd ayında iki ölkə arasında avtomobil yükdaşımalarının həcmi artıb. Daşımaların ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8, avtonəqliyyat vasitələrinin sayı isə 17,9 faiz artıb.
Nazirlər dəmir yolu daşımaları və Qazaxıstan ərazisi üzərindən tranzit daşımalarında da müsbət dinamikanın müşahidə olunduğunu qeyd ediblər. 2025-ci ildə dəmir yolu ilə daşınan yüklərin həcmi 5,6 milyon tonu ötüb ki, bu da 2024-cü ilin göstəricisindən 621 min tondan çoxdur.
Görüşün yekununda tərəflər beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, tranzit prosedurlarının sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və iki ölkə arasında nəqliyyat infrastrukturunun ötürücülük qabiliyyətinin artırılması istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












