Taksi fəaliyyəti ilə məşğul olanların sayı niyə artır? – MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO

Son illərdə ölkəmizdə taksi sürücülərinin sayında əhəmiyyətli artım müşahidə olunur. Bu tendensiyanın arxasında duran səbəblər çoxşaxəlidir. Bir tərəfdən, ictimai nəqliyyatda yaşanan yüklənmə və keyfiyyət problemləri, digər tərəfdən isə əhalinin miqrasiya və işsizlik fonunda sürətlə artması, alternativ qazanc yollarının axtarılmasını zəruri edir.
Bir çoxları üçün taksi sürücülüyü həm daha elastik iş rejimi, həm də nisbətən az vəsaitlə başlamaq mümkün olan gəlir mənbəyidir. Üstəlik, onlayn platformalar və mobil tətbiqlərin yayılması bu peşəyə çıxışı daha da asanlaşdırıb. Bütün bu amillər birgə şəkildə taksi fəaliyyətinə marağın artmasına səbəb olur.
Bəs taksi sürücülərinin sayının artmasının əsas səbəbləri nələrdir və bu peşəyə axının səbəbləri hansılardır? Bu artımın şəhər nəqliyyatına təsiri necə olur?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, bugünkü taksi islahatları həyata keçirilməzdən öncə hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilirdi:

“Lakin indi düşünmürəm ki, taksi sürücülərinin sayı artıb. Düzdür, vaxtilə çox olub, amma indi taksi sürücülüyü bir peşə kimi təsbit olunub və bilirsiniz ki, onlar xüsusi kurslardan keçməlidirlər, müəyyən kriteriyalara cavab verməlidirlər, daha sonra isə imtahan verməlidirlər.
Vaxtilə ictimai nəqliyyatda olan durğunluq səbəbindən taksi fəaliyyətinə tələbat artmışdı və bu səbəbdən də taksi sürücülərinin sayı çoxalmışdı. İndi isə bu sahə tənzimlənir. Artıq ictimai nəqliyyat da fəaliyyətini gücləndirir. Yeni avtobuslar gətirilir, metroda intervallar qısaldılır, hətta dəmir yolu belə Bakı ətrafı ərazilərə səfərləri artırır. Bu səbəbdən də taksiyə olan tələbatın getdikcə azalacağını düşünürəm”.
Sosioloq Üzeyir Şəfiyev fikrincə, ictimai nəqliyyatda sıxlıq, eyni zamanda şəhər antropologiyasının yükünə dözə bilməyən yəni onun tələblərinə tam cavab verə bilməyən səviyyədə ictimai nəqliyyatın təşkili, əlavə alternativ nəqliyyat vasitələrinin daşınmasını zəruri edir:

“Bu baxımdan, taksi sürücüləri də bu vəziyyətdən istifadə edir və həm də güzəran qayğılarını qarşılamaq üçün bir sıra insanlar bu şəkildə taksi fəaliyyəti ilə məşğul olur. Bu isə başa düşüləndir.
Çünki ictimai nəqliyyatda yüklənmələr çoxdur və insanların tələbatı olduğuna görə alternativ daşınmalara ehtiyac yaranır. Bu baxımdan taksi fəaliyyəti də zərurətə çevrilir. Tələb-təklif prinsipi əsasında bu baş verir tələb olmasa, təklif də olmaz. Demək ki, bu sahəyə zərurət var ki, taksi sürücülərinə ehtiyac yaranır və insanlar da bu gəlir sahəsi olduğuna görə özlərini bu peşədə sınayırlar. Bu səbəbdən də taksi sürücülərinin sayı çoxdur.
Əlbəttə ki, şəhər miqrasiya fonunda çox yüklənib, regionlardan, rayonlardan, kəndlərdən paytaxta fəaliyyət axını güclüdür. Bu da alternativ daşınmalara ehtiyac yaradır. Yəni bunun izahı buradadır. Həm də bir sıra iş tapa bilməyən insanlar məhz taksi fəaliyyəti ilə məşğuldur, buna ailələrini dolandırmaq üçün iş sahəsi kimi baxırlar. Bu isə həm başa düşüləndir, həm də əmək bazarının tələbi ilə əlaqədardır”.
Eltac Zülfüqaroğlu
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…
Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO
Trampın yeni hədəfi Afrikanın enerji mənbələridir? – Politoloq AÇIQLADI
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!











