Taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir - VİDEO

kıda taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir. Avtobus sürücüləri isə məcburən sərnişinləri ikinci zolaqda düşürüb-mindirirlər.
Məsələn, "Əhmədli" metrostansiyasının qarşısında hər gün bu mənzərə yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, dayanacaq taksilər tərəfindən tamamilə tutulduğundan sürücülər avtobusları yolun ortasında saxlayırlar.
Avtobus sürücüləri bildirirlər ki, onlar heç cürə dayanacağa daxil ola bilmirlər.
Taksi sürücüləri isə müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırmağa çalışırlar.
Bəzi taksi sürücüləri isə çəkiliş vaxtı ərazidən uzaqlaşsalar da, çox keçmədi ki, zəbt etdikləri dayanacaqda öz yerlərinə qayıtdılar.
İlk baxışdan elə görünür ki, ərazidə ancaq avtobus sürücüləri üçün şərait yaradılıb. Lakin elə taksilərin müştəri topladığı dayanacağa 20 metrlik məsafədə taksilər üçün ayrıca taksi duracağı da təşkil edilib.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, Agentliyin əməkdaşları ərazidə mütəmadi olaraq monitorinq həyata keçirir. Qayda pozan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 40 manat məbləğində cərimə təyin edilir.
Avtosfer.az Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











