Taksi sürücüləri yolu zəbt edib - VİDEO

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, metronun ''20-yanvar'' stansiyasının qarşısındakı taksi sürücüləri qaydalara əməl etmirlər. Ərazidə dayanma və durma qaydasını qadağan edən nişan olsa da, taksi sürücüləri buna məhəl qoymurlar. Nəticədə də işiqforun hər zaman sağa dönməyə icazə verən zolağı bağlanır.
Avtosfer.az-ın məlumatına görə, işıqfor hər zaman sağa dönməyə icazə versə də, taksi sürücüləri buna mane olur. Görüntünü sürücülərdən biri metronun ''20-yanvar'' stansiyasının qarşısından çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.
Sürücü iddia edir ki, Moskva prospekti ilə gələn sürücülərə işıqfor sağa, yəni Müzəffər Həsənov küçəsinə doğru hərəkət etməsinə icazə verir. Amma ərazidə dayanan taksi sürücüləri buna mane olur. Ərazidə çəkiliş apardığımız zaman məlum oldu ki, sürücülər avtomobilin yolun kənarında park ediblər. Halbuki ərazidə dayanma və durma qaydalasını qadağan edən nişan da var. Sürücülər yer olmadığından həmin ərazidə məcbur qalıb saxladıqlarını deyirlər.
Amma həmin taksi sürücüləri işıqforun sağa açıq olan yolunu zəbt etməsələr də, Sumqayıt və Abşeron istiqamətindən gələn taksi sürücüləri sərnişinləri məcbur qalıb yolun hərəkət hissəsində saxlayırlar. Belə olduqda da yolun bir zolağı bağlanır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib ki, metronun ''20-yanvar'' stansiyasının ətrafı ilə bağlı işlər görülür. Mərhələli şəkildə həmin əraziyə də kameralar qoyulacaq, dayanma və durma qaydasını pozan sürücülər cərimə olunacaqlar.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












