Taksi sürücülərini soyan şəxslərin apellyasiya şikayətinə baxılır

Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirli binən Rəsul Məmmədov və Ramiq Hüsenzadə barələrindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iclas hakim Elman Əhmədovun sədrliyi ilə keçirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 9 il, R.Hüsenzadə isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 181.2.1, (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.2, (təkrar quldurluq), 181.2.4. (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə təqsirli bilniblər.
Hadisə ötən il Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Qəsəbədə kirayədə yaşayan 22 yaşlı R.Məmmədov otaq yoldaşı, 26 yaşlı R.Hüsenzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.
R.Məmmədov və R.Hüseynzadə iki avtomobildən, ümumilikdə, 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












