Taksi sürücüsü ona bıçaqla hücum edən sərnişinləri güllələdi

Rusiyada taksi sürücüsü ona hücum edən sərnişinlərə travmatik tapançadan atəş açıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Lenoblast şəhərinin Vsevolojsk rayonunda baş verib.
Məlumata görə, sentyabrın 8-i gecə saatlarında 24 yaşlı sürücü sifarişlə çağırılan ünvana gedib.
Koltuşsk şosesində onun maşınına iki cavan oğlan əyləşib. Onlar səs-küy salaraq ayaqları ilə oturacaqlara vurmağa başlayıblar. Sonra onlardan biri bıçaq çıxarıb. Soyuq silahı görən sürücü maşından çölə atılıb, sərnişinlər də onun arxasınca. Taksiçi özünü müdafiə etmək üçün rəqiblərinə travmatik tapançadan 3 əl atəş açıb. Onlardan biri yaralanaraq xəstəxanaya çatdırılıb, ikincisi isə münaqişə zamanı qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalar aparır.
Namiq Musayev
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












