Talassemiyalı uşaqlara fərqli dəstək aksiyası

Bakı metropoliteninin “İçərişəhər” stansiyasında daha bir fərqli sosialyönümlü aksiya keçiriləcək. “Bakı Metropoliteni” QSC-nin “Park Cinema” kinoteatrlar şəbəkəsi və “AnderSon” kafesi ilə birlikdə keçirəcəyi budəfəki aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və insanların maarifləndirilməsinə töhfə verməkdir.
İki gün ərzində, noyabrın 24-25-də saat 12:00-dan 14:00-a qədər stansiyanın vestibülündə xüsusi geyimlərdə olan animatorlar zəngin şou göstərəcəklər. Bu səbəbdən aksiya daha çox azyaşlı sərnişinlərin diqqətini çəkəcək. Çünki animatorlar uşaqların böyük rəğbətini qazanmış "Soyuq ürək" animasiya filminin qəhrəmanlarını canlandıracaq və metropolitenin azyaşlı sərnişinlərinə sevincli anlar bəxş edəcəklər. Bu, gələn həftə Bakıda keçiriləcək "Soyuq ürək-2" animasiya filminin premyerası ərəfəsində sərnişinlərdə xüsusi ovqat yaradacaq. Ən əsası, xəstəlik və onunla mübarizə ilə bağlı maarifləndirmə işində böyük əhəmiyyət kəsb edəcək.
Stansiyadakı xüsusi lövhələrdə talassemiyalı xəstələrə yardım etmək üçün müvafiq məlumatlar yerləşdiriləcək.
Valideynləri övladları ilə bu aksiyada iştirak etməyə dəvət edirik.
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










