Tanınmış azərbaycanlı həkim Rusiyada yol qəzasında öldü - FOTO

Rusiyanın Kalininqrad vilayətinin cənubunda avqustun 11-də baş vermiş qəzada dünyasını dəyişən azərbaycanlı həkim Tenqiz Hüseynağa oğlu Axundov olub. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, uzun illərdir Kalininqrad şəhər klinikasında çalışan otorinolarinqoloq “Polo” markalı maşının sükanı arxasında olub. Qəza “Folksvaqen Qolf” markalı avtoomobilin qarşı zolağa çıxması nəticəsində baş verib. Hadisə zamanı Axundovun yanında oğlu da olub. Həkimin oğlu xəsarət almadan xilas ola bilib.
Qeyd edək ki, azərbaycanlı həkimin ölümü rusiyalı xəstələrinin dərin kədərinə səbəb olub. Sosial şəbəkədə onun haqqında xatirələrini bölüşən pasiyentlər və Səhiyyə Nazirliyinin regional şöbəsi Tenqiz Axundovun yaxınlarına başsağlığı veriblər.
Tenqiz Axundov 3 uşaq atası olub. Mərhumun meyiti bu gün Azərbaycana gətiriləcək.

Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












