Tanışı tərəfindən silahla vuruldu: maşını ilə hərəkətdə olarkən öldü - FOTO

Dağıstanda çevrilmiş avtomobildə odlu silahdan açılan atəşlə vurulmuş kişi meyiti tapılıb. Avtosfer.az “RİA Novosti”yə istinadən məlumat verir ki, insident Çinli Xunqiya rayonunda qeydə alınıb. Bu barədə yerli DİN regional qrupunun mətbuat xidmətinin “Instagram” hesabından məlumat yayılıb.
Məlumata görə, Çinli Xunqiya rayonunun sakini polis şöbəsinə gələrək mübahisə zəminində öz tanışını silahla vurduğunu deyib. O, atəş açdığı silahı polisə təhvil verib.
Aparılan təhqiqat zamanı məlum olub ki, zərərçəkmiş aldığı güllə yarasından sonra ölməyib. O, avtomobilinin sükan arxasına əyləşdikdən sonra həyatını itirib.
“Şahidin sözlərinə görə, avtomobil anidən yol kənarı ilə hərəkət etməyə başladı və yoldan çıxaraq uçuruma yuvarlandı. Hadisə yerinə baxış zamanı, üzərində güllə yarası olan meyit tapıldı və məlum oldu ki, sürücü qəza zamanı yox, məhz sükan arxasında aldığı güllə yarasından ölüb” - məlumata əlavə edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Namiq Musayev
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











