Tarixi abidə olduğu iddia edilən binanın sökülməsinə kim icazə verib? - FOTO

Bakının mərkəzində yerləşən və tarixi əhəmiyyət daşıyan keçmiş Quberniya idarəsinin binası – Şahgedanovun evi sökülmək üzrədir.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan şəkillərdə binanın daxilində “TA” (tarixi abidə) yazısının qara boya ilə qeyd olunmasına baxmayaraq, binanın ikinci mərtəbəsinin artıq içəridən dağıdıldığı görünür.
Məlumata görə, bina XIX əsrin ikinci yarısında – 1860-cı illərdə inşa olunub. Quberniyanın mərkəzi Şamaxıdan Bakıya köçürüldükdən sonra paytaxtda tikilən ilk inzibati binalardan biri də məhz bu bina olub. Əvvəlcə bir mərtəbədən ibarət olan tikili, 1897-ci ildə məşhur polyak memarı Y. Skibinskinin layihəsi əsasında ikinci mərtəbə ilə genişləndirilib.
Tarixi mənbələrə əsasən, bina haqqında məlumat rusiyalı tədqiqatçı Anastasiya Orlova-Stroqanovadan götürülüb.
Mütəxəssislər bildirirlər ki, bu kimi abidələrin sökülməsi Bakının memarlıq irsi üçün ciddi itki hesab olunur.
Hazırda ictimaiyyət arasında əsas sual yaranır: tarixi abidə olduğu iddia olunan bu binanın sökülməsinə kim icazə verib?
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən saytımıza bildirilib ki, Şahgedanovların mülkü tarixi abidə siyahısında yoxdur. Binanın sökülməsi, yaxud restovarsiya edilməsi ilə bağlı hansısa məlumat verilməyib.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI


















