Tarixin ən fəlakətli ili məlum oldu

İnsanlıq tarixində ən pis ilin 2000-ci illərdə yaşandığını düşünə bilərsiniz. Lakin alimlərin araşdırmaları tamamilə fərqli bir tarixə işarə edir. Məlum olub ki, bəşər tarixinin ən ağır illərindən biri təxminən 1 500 il əvvəl yaşanıb.
Avtosfer.az "Sfera.az"a istinadən xəbər verir ki, tarix boyu insanlıq müharibələr, pandemiyalar, zəlzələlər və müxtəlif təbii fəlakətlərlə üzləşib. Lakin alimlər və tarixçilər bütün bu hadisələr arasında ən ağır dövrlərdən birinin MS 536-cı ildə başladığını bildirirlər.
“Science” jurnalında yayımlanan araşdırmalara görə, həmin dövrdə baş verən güclü vulkan püskürməsi atmosferə böyük miqdarda kül və sulfat hissəcikləri yayaraq Şimal yarımkürəsini aylarla qaranlığa qərq edib.
Araşdırmalara əsasən, vulkan püskürməsindən sonra yaranan sıx kül buludu Günəş şüalarının Yer səthinə çatmasına ciddi şəkildə mane olub. Tarixi mənbələrdə Günəşin təxminən 18 ay ərzində “Ay kimi solğun” göründüyü qeyd edilir.
Bu hadisə Avropa, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində temperaturun 1,5-2,5 dərəcə aşağı düşməsinə səbəb olub. Nəticədə son iki min ilin ən soyuq dövrlərindən biri yaşanıb.
Temperaturun kəskin şəkildə azalması kənd təsərrüfatına böyük zərbə vurub. Bəzi bölgələrdə hətta yay aylarında qar yağıb, məhsulların böyük hissəsi məhv olub və genişmiqyaslı qıtlıq yaranıb.
Fəlakətlər bununla da bitməyib. MS 541-ci ildə başlayan Yustinian vəbası milyonlarla insanın ölümünə səbəb olaraq onsuz da ağır vəziyyətdə olan cəmiyyətləri daha böyük böhranla üz-üzə qoyub.
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












