“Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel sessiya ilə yekunlaşdı - FOTO

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiya baş tutub. Avtosfer.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidovanın moderatorluq etdiyi sessiyada Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məsul şəxsləri tərəfindən texnoloji təkamülün media mühitinə kompleks təsiri, media mühitində etibarlı informasiyanın qorunması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, eyni zamanda, kiberhücum riskləri və rəqəmsal alətlərdən istifadə edərək müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İştirakçılar diqqətə çatdırıb ki, dünyada və ölkəmizdə məlumat təhlükəsizliyi sahəsindəki vəziyyət mürəkkəb və daim dəyişən bir dinamikaya malikdir. Həm beynəlxalq səviyyədə, həm də yerli kontekstdə hüquqi çərçivələr, kibertəhlükəsizlik strategiyaları, etik standartlar və sosial media mühiti bu sahənin təkmilləşdirilməsini tələb edir. Ölkəmizdə rəqəmsal savadlılığın artırılması, xüsusən məlumatların qorunması və məxfilik mövzularında vətəndaşların məlumatlandırılması vacibdir.
Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyası keçirilib.








Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












