Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb - FOTO

Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu barədə qafqazinfo-ya Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.
O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib: "Əsədulla Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. Çox tərbiyəli uşaqdır. İndiyədək hər hansı səhv hərəkəti olmayıb. Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. I kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər. Özümüz hazırda Qara Qarayev ərazisində kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf-bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik".
Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilərlər.
Əlaqə telefonu: (050) 461-53-17
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?












