Tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü kurs tələbəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural Rəsulovun cinayət işi üzrə proses başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə T.Rəsulov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hadisə bu ilin aprel ayında baş verib. “Chrysler” markalı avtomobilin vurması nəticəsində Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazi İlkin Bəxtiyar oğlu dünyasını dəyişib. Onu vuran avtomobilin sükanı arxasında olan Rəsulov Tural Söhbət oğlunun maşını Bakı Əyləncə Mərkəzinin qarşısından qaçırdığı bildirilib. “Chrysler” markalı avtomobilin sahibi isə 23 yaşlı Vəliyev Samir Əmirxan oğludur. T.Rəsulova Cinayət Məcəlləsinni 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











