"Temu"dan ucuz alış-veriş dövrü sona çatır - YENİ QƏRAR

"Temu", "AliExpress", "Amazon" kimi beynəlxalq elektron ticarət platformaları vasitəsilə xaricdən onlayn sifarişlər son illərdə sürətlə populyarlaşıb. Xüsusilə Çindən gətirilən məhsullar 60 faiz gömrük rüsumuna baxmayaraq qiymət üstünlüyü ilə seçilirdi.
Sürücünün yolda hərəkətin təşkili ilə bağlı iradına RƏSMİ AÇIQLAMA - VİDEO
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Türkiyədə imzalanmış yeni fərmana əsasən, 6 fevral tarixindən etibarən xaricdən onlayn alınan bütün məhsullar gömrük prosedurlarından keçiriləcək. Bu isə o deməkdir ki, istehlakçılar verdikləri hər bir sifariş üçün gömrük bəyannaməsi təqdim etməli və bununla bağlı əlavə xidmətlərdən istifadə etməli olacaqlar. Mütəxəssislər bildirirlər ki, praktikada bu dəyişiklik xaricdən ucuz məhsul sifariş etməyin qiymət üstünlüyünü faktiki olaraq aradan qaldıracaq.
Qeyd edək ki, indiyədək 30 avrodan aşağı (çatdırılma daxil) sifarişlər üçün vahid və sabit vergi tətbiq olunur, 30 avrodan yuxarı sifarişlər isə gömrük prosedurlarına cəlb edilirdi. Mövcud qaydalara əsasən, 30 avro və daha aşağı məbləğdə mallar üçün Avropa ölkələrindən idxalda 30 faiz, digər ölkələrdən idxalda isə 60 faiz sabit vergi tutulurdu.
Xatırladaq ki, 2024-cü ilə qədər 150 avro olan rüsumsuz limit Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 30 avroya endirilmişdi. İndi isə beynəlxalq alış-verişlərdə 30 avroya qədər malların rüsumsuz idxalına imkan verən tənzimləmə tamamilə ləğv edilib.
Bu qərar ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Vətəndaşlar əlavə gömrük xərclərinə hazırlaşarkən, elektron ticarət platformalarında qiymətlərin son bir həftə ərzində ikiqat artdığı bildirilir.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












